24 fevral 2024 12:03
456

Eldar Səmədov: Bütün itkin vətəndaşlarımızın taleyi ilə sona qədər maraqlanacağıq

Biz bütün itkin vətəndaşlarımızın taleyi ilə sonuna qədər maraqlanacağıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı faciəsi itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filminin təqdimatı zamanı deyib.

O, ermənilər tərəfindən başımıza gətirilən hadisələrdən danışıb, xalqımıza qarşı törədilən cinayətlərin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.

“Artıq 13-cü kütləvi məzarlıq aşkar olunub. O vaxt itkin düşmüş 25 nəfərin taleyi ötən il müəyyənləşdi və yas mərasimləri keçirildi”, - deyə Dövlət Komissiyasının rəsmisi qeyd edib.