Yekaterinburqda Ukrayna Silahlı Qüvvələri üçün pul yığan Rusiya və ABŞ vətəndaşı saxlanılıb.
“İki sahil” Rusiyanın "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya FTB-si məlumat yayıb.
"Rusiya Federasiyasının Yekaterinburq şəhəri üzrə Federal Təhlükəsizlik Xidməti Rusiya və Amerika Birləşmiş Ştatlarının ikili vətəndaşlığı olan 33 yaşlı Los-Anceles sakininin qanunsuz fəaliyyətinin qarşısını alıb. Bu fəaliyyət ölkəmizin təhlükəsizliyinə qarşı yönəlib”, - deyə məlumatda bildirilir.
Nüsrət Məmmədov, "İki sahil"