Tanınmış müğənni Manaf Ağayev qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində ilk dəfə toy qiymətini açıqlayıb.
“İki sahil” xəbər verir ki, o, bir toya 10 min manata getdiyini bildirib.
“Toya 50-100 minə getmirəm. 10 min manata gedirəm. 15 nəfərə pul verirəm. Bizim camaatda pulla bağlı şişirtmə var. Oliqarx musiqiçi yoxdur. Həmin musiqiçi də özünə görə yaşayır. Biz də onlardan biri... Evim, bağım və maşınım var, yaşayıram. Mən avtomobilləri çox sevirəm. Onların içində olan bir neçəsi retro avtomobillərdir. Onlar isə bahalı deyillər. İndiki mindiyim maşını satsam, həmin retro avtomobildən 20-sini alaram”.