Məşhur fransız aktyor Jerar Depardye Əlcəzairə getmək niyyətində olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, Parisien nəşrinin yaydığı məlumata görə, aktyor tezliklə həmin ölkədə yaşamağa başlayacağını bildirib. “Mən Əlcəzair şəhərini (ölkənin eyniadlı paytaxtı – red.) seçmişəm. Bu, əla ölkədir”, - deyə Depardye qeyd edib. Əlcəzairin tarixi ilə maraqlandığını bildirən aktyor deyib ki, “savadsız” fransızlar tərəfindən zəbt edilmiş bu ölkənin sakinləri “böyük ağıl” sahibləridir. O, həmçinin əlavə edib ki, “hər yerdə bir az yaşayır”.
Jerar Depardye Rusiya və Belçika vətəndaşlığına malikdir və özünü dünya vətəndaşı hesab edir.