Məşhur kolumbiyalı müğənni Şakira 7 il aradan sonra yeni albomunu - "Las Mujeres Ya No Lloran" ("Qadınlar artıq ağlamasın") təqdim edəcək.
“İki sahil” xəbər verir ki, 47 yaşlı müğənni bu barədə sosial media hesabında yazıb.
"Onu tək yox, sizin hamınızla və hər addımımda məni müşayiət edən canavar sürümlə yaratdım. Hər mahnını yazdıqca özümü yenidən bərpa etdim. Mən onları oxuyanda göz yaşlarım brilyantlara, zəifliyim isə möhkəmliyə çevrildi" deyə, o, bildirib.
Şakira albomunu martın 22-si təqdim edəcək.