Bu gün UEFA Avropa Liqasında 1/16 finalın ilk oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ" da pley-offun ilk matçına çıxacaq.
Ağdam təmsilçisi səfərdə "Braqa" ilə qarşılaşacaq. Portuqaliya klubu ilə oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda olacaq.
00:00. "Braqa" (Portuqaliya) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa."Munisipial de Braqa"