Müğənni Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnanla birlikdə mükafatlandırma gecəsində görüntülənib.
Milli.Az xəbər verir ki, qırmızı xalıda poz verən cütlük jurnalistlərin suallarını cavablandırıb.
Müxbirlərdən biri Xloedən "Ərinizi fanatlarından qısqanırsınız?", - deyə soruşub. Bu zaman Sərdar araya girərək "Sizcə, mən onu qısqanmalıyam, yoxsa o məni? Mənim starım xanımımdır" deyib.