Kamera və orqan musiqisi zalında “RED EVENTS & Distribution ltd”nin layihəsinin növbəti “Mystery Ensemle” konserti keçirilib.
“İki sahil” xəbər verir ki, bu dəfə proqrama musiqisi artıq bir çox pleylistlərdə öz yerini tutmuş və demək olar, ilk notlardan tanınan “Сadugər”, “Karib dənizinin quldurları” və “Taxt-tac oyunları” filmlərinin saundtrekləri daxil edilib. Buna görə də tamaşaçı zalı, demək olar ki, donaraq, öz sənətkarlığı ilə kino hekayələrinin simvolik epizodlarını “canlandıran” musiqiçilərin yaratdığı heyrətamiz atmosferə qərq olurdu.
Kirxa qübbəsinin altında səsləndirilən konsert proqramı, filmin, ilk növbədə, saundtrek sayəsində ən çox xatırlandığı fikrini təsdiqlədi. Axı, bəzən zaman keçdikcə süjetin təfərrüatları yaddaşdan silinir ... Lakin musiqi mütləq qalır və “qeydiyyat yerindən” müstəqil şəkildə yaşamağa başlayır. Bundan əlavə, saundtreklər ən yüksək kino mükafatlarına layiq görülür və yaradıcılarını Musiqi Olimpinə yüksəldir.
Yüzlərlə şamın isti parıltısında Ramin Cavadinin 2009, 2018 və 2020-ci illərdə “Qremmi” mükafatına namizəd olduğu “Taxt-tac oyunları” serialına yazılmış əsərləri səslənirdi.
Təşkilatçıların vurğuladığı kimi, “RED EVENTS & Distribution ltd” kreativ agentliyi “Mystery Ensemble”ın hər bir çıxışında dinləyicilərə canlı musiqinin multisensor qavranılmasında unikal təcrübə təqdim etməyə və tamaşaçıların eşitmə, vizual və taktil hisslərini maksimal dərəcədə cəlb etməyə çalışır. Bu, kamera və orqan musiqisi salonunu dolduran anşlaqlarla və dinləyicilərin “Mystery Ensemble” musiqiçilərinə səxavətlə bəxş etdikləri uzunmüddətli alqışlarla təsdiqlənir.
“Mystery Ensemble” - ən aktual musiqini ifa edən unikal kollektivdir. Akustik simli alətlərin canlı səslənməsi, bənzərsiz aranjimanlar, virtuoz klavişlilər, möhtəşəm zərb alətləri, həmçinin gənc və öz işi ilə yaşayan peşəkarların sənətkarlığı və enerjisi kollektivin hər bir konsertinə xüsusi əhvali-ruhiyyə bəxş edir. Axı orkestr Bakının ən atmosferli zallarında sehr yaratmaq gücündədir.