Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda poçt markası buraxılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-dən bildirilib.
"Bu, artıq 2024-cü ilin tematik planına əlavə edilib. Bununla bağlı bəzi materiallara nəzər salınıb, müzakirələr də aparılıb. Sözügedən markanın xaricdə istehsal olunacağı planlaşdırılır. Bundan əlavə, dizayn hazır olduğu zaman QR koddan da istifadə olunması nəzərdə tutulub",- deyə qurum qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə “Azərpoçt” MMC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev 100 il” loqolu, 6 müxtəlif nominalda, ümumilikdə 4,581 milyon tirajla standart poçt markaları dövriyyəyə buraxıb.