07 fevral 2024 18:10
545

Flora Kərimova səs verərkən belə kövrəldi - VİDEO

Xalq artisti Flora Kərimova da növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

“İki sahil” xəbər verir ki, sənətçi məntəqədə səs verərkən kövrəlib.

O, prezidentliyə namizəd İlham Əliyevə səs verdiyini açıqlayıb və qərarını belə izah edib:

“Vətənimi mənə qaytaran, vətənimi vətən edən, başımı ucaldan, namusumuzu qoruyan nəhəng övladıma səs verirəm. İlham Əliyevə səs verirəm, əcəb edirəm”.