02 fevral 2024 17:46
501

Azərbaycan Ordusunun komandoları tapşırıqların icrasını məşq edir- VİDEO

Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edir.

“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib.

Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən komandolar verilən tapşırıqların icrası ilə bağlı müvafiq qərarlarını bölmələrə çatdırıblar.

Döyüşə hazır vəziyyətə gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də digər əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər.