Azərbaycanın və NATO-nun təhsil üzrə ekspertlərinin görüşü başlayıb
Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilir. Həmçinin cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub