Azərbaycan Gənclər Fondu (AGF) “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə AGF-nin icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Gənclər Təşkilatlarının Şəbəkələşmə və İnkişaf Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müsabiqə qarşıdakı aylar üçün nəzərdə tutulub: “Düşünürəm ki, atılan bütün addımlar dövlətimizin xeyrinədir”.
Q.Xəlilov gəncləri fəal olmağa və müsabiqədə iştirak etməyə çağırıb.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.