Türkiyəli yəhudi əsilli yazıçı Mario Levi vəfat edib.
"İki sahil" NTV-yə istinadən xəbər verir ki, bu barədə Buart Sənət Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, yazıçı Mario Levi 25 fevral 1957-ci ildə İstanbulda doğulub.
15-dən çox kitab müəllifi olan yazıçı daha çox “İstanbul bir masaldı”, “En güzel aşk hikayemiz”, “Bir şehre gidememek”, “Lunapark kapandı” kimi əsərlərlə şöhrət qazanıb.