25 yanvar 2024 11:56
363

Daxili Qoşunların Naxçıvandakı birləşməsində təlim-atış çalışmaları keçirilir - FOTO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir.

“İki sahil” xəbər verir ki, qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib.

Havanın əlverişsiz olmasına baxmayaraq, təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib.

Daxili Qoşunların Naxçıvandakı birləşməsində plana uyğun olaraq təlim-atış çalışmaları davam edir.