24 yanvar 2024 14:25
454

Bir ara mənim də beynimi doldurmuşdular - Namiq Qaraçuxurlu

"İş çox olanda giley olur. Çünki insan özünə, ailəsinə vaxt ayıra bilmir. İllərdir bu işin içindəyəm, bütün prosessləri keçmişəm. İnsana əsas özü, ailəsi, dostlarıdır. Düzdür, sənətlə də məşğul olmaq lazımdır. Amma gözəlliyi maddiyata qurban vermək olmaz. Bəziləri 3-4 gün pul qazanmayanda dəli olur. Mən o insanlardan deyiləm".

“İki sahil” xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Özəl" verilişində qonaq olarkən deyib. O bildirib ki, sənətdən çox ailəsinə vaxt ayırmağa üstünlük verir. 

Namiq trendə düşən mahnılardan da söz açıb: "Bəzən şou-biznesdə nələrsə baş verir, mən trend olan hadisələrdən qaçıram. Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur. Bir ara mənim də beynimi doldurmuşdular. Gördüm ki, yaxşı iş aparmıram. Amma trendə düşəndə sevinirsən". 

Qaraçuxurlu aparıcı Kazım Sübhanın "Namiqə hansı mövzuda sual vermək olmaz" sualına "Mənə bütün mövzularda sual vermək olar, amma cavab almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram" cavabını verib.