Bəstəkar, musiqiçi, “Boney M.” qrupunun yaradıcısı Frank Farian vəfat edib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, o bu gün Mayamidəki evində 83 yaşında vəfat edib.
Frank Farian 1970-80-ci illərin qovşağında şöhrətinin zirvəsini yaşayıb. Almaniyalı musiqiçi daha çox 1975-ci ildə “Boney M.” qrupunu yaratması ilə məşhurdur. Fasilələrlə “Boney M.” qrupu bu günə qədər fəaliyyət göstərir.
Frank Farian albomları 800 milyondan çox nüsxədə satılıb.
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək