22 yanvar 2024 14:37
318

​​​​​​​Çətin relyefli dağlıq ərazilərdə hərbçilər üçün daşınan seçki qutularından istifadə olunacaq

Çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.