20 yanvar 2024 14:44
306

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə tər güllər düzülüb.