18 yanvar 2024 17:54
418

Azərbaycan hərbçilərinə Türkiyədə həyatda qalma və qaçıb xilas olma təlimləri keçirilir- FOTO

Azərbaycan hərbçilərinə Türkiyədə həyatda qalma və qaçıb xilas olma təlimləri keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti iştirak edir.

Təlimlərdə “Fövqəladə Paraşüt Təməl Kursu”, “Uçuşda sağ qalma kursu” və “Döyüşdə sağ qalma və qaçışda sağ qalma” kursları keçirilir.