16 yanvar 2024 11:26
344

Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək

Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcək.

Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.