Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə tapşırıq verilib.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabineti “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4249 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib