Azərbaycan artıq ənənəvi auditdən müasir dövrün çağırışlarına cavab verən Dayanıqlı İkişaf Məqsədlərinə (DİM) xidmət edə biləcək audit sistemi formalaşmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov bu gün “Hesabatlıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” mövzusunda keçirilən forumda deyib.
"Audit və mühasibat uçotu DİM-in mövcud olan 17 məqsədinin 8-nin həyata keçirilməsində önəmli rol oynayır. Bunu Dünya Bankının araşdırmaları və şərhləri göstərir ki, bu sahələr həqiqətən də ölkənin dayanıqlı inkişafının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Son illərdə Azərbaycanda şəffaflığın artırılmasında korrupsiyaya qarşı mübarizədə, qanunun aliliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdıran Palatanın sədri, bu nailiyyətlərin dünya dövlətləri tərəfindən qəbul edildiyini diqqətə çatdırıb: "Çox vaxt bizim nailiyyətlərə ikili standartlarla yanaşan böyük dövlətlər, ABŞ prezidenti belə ötən il Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda Azərbaycanda qanunun aliliyi və hesabatlılığın inkişafı istiqamətində əldə olunan nəticələrdən çox məmnun olduqlarını bildirib".
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq