Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbuldan əvvəl nazir və Samux Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır
İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb