12 yanvar 2024 12:08
524

General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

“İki sahil” xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb.