Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Ukrayna mediasında geniş işıqlandırılıb.
Dövlətimizin başçısının fikirləri AZƏRTAC-a istinadla “Ukrinform”, “RBK-Ukrayna”, “Antikor”, “Yevropeyskaya Pravda” və digər kimi nüfuzlu informasiya agentliyi, xəbər portallarında geniş yayımlanıb.
“İki sahil” xəbər verir ki, Ukrayna KİV-ləri Prezident İlham Əliyevin Ermənistanla sülh danışıqlarına dair fikirlərə xüsusi önəm verib. Qeyd olunub ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamaq üçün əsas şərait yaradıblar. İrəvan zəmanət istəyir, lakin Bakı buna ehtiyac görmür.
“Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”, - Ukrayna KİV-ləri dövlət başçımızın fikirlərinə istinadla yazır.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB