Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, İmişli rayonunun Xubyarlı kəndi ərazisində su fonduna aid torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici seminar keçirilib