Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.
“İki sahil” xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək