Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib