05 yanvar 2024 10:54
386

Ötən ilin son ayında axtarışda olan 404 nəfər sərhəddə saxlanılıb

Ötən ilin son ayında axtarışda olan 404 nəfər sərhəddə saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.