Azərbaycanın müdafiə naziri Çinin “CETC International” şirkətində olub
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC International” şirkətinin fəaliyyəti ilə tanış olub.
Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb.
Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və avadanlığın istehsalı ilə məşhurdur. Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC International” şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO