Üç həyat yoldaşı olub və dördüncü toyundan sonra yaxalanan Snehanın hadisəsi Hindistanda gündəm olub.
“İki sahil” xəbər verir ki, hadisə onun üçüncü əri Praşantın polisə müraciət etməsindən sonra ortaya çıxıb. Kişi bildirib ki, üç ay əvvəl həyat yoldaşı hamilə olduğunu etiraf edib, sonra isə yoxa çıxıb.
Bundan bir neçə gün sonra kişi sosial şəbəkədə həyat yoldaşının son toy şəkillərini görüb. Məlum olub ki, o, Raqu adlı kişi ilə evlənib.
Praşant şokdan özünə gəlməmiş Snehanın qohumlarından biri qadının əvvəllər iki dəfə evləndiyini və ərlərin bir-birindən xəbərsiz olduğunu öyrənib.
“Həyat yoldaşım valideynlərimin yanına gəlib hamilə olduğunu dedi. O, abort etdirdi və mənə demədən başqa kişiyə ərə getdi. Çox kədərliyəm, çünki il yarım birlikdə idik. Yeni evliliyi haqqında sosial şəbəkələrdən öyrəndim”, - deyə Praşant olanları danışıb.
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir