28 dekabr 2023 14:37
412

Azərbaycan və Türkiyə hərbçiləri hibrid təhdidlərə qarşı birgə təlim keçir

Azərbaycan və Türkiyə hərbçilərinin növbəti birgə təlimləri həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, 26-28 dekabr tarixləri arasında Azərbaycanda "Hibrid Təhdidlərə Cavab Təlimi" baş tutub.