Genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub