25 dekabr 2023 16:44
1260

"Yaşıl dünya naminə həmrəylik ili” elan olunması əslində çağırışdır- Vüqar Kərimov

“Növbəti dövrdə bu ərazilərdə ancaq emissiya zonası olması ilə bağlı çoxlu layihələr var ki, sizlərə birgə biz bu layihələrin gerçəkləşdirilməsinin şahidi olacayıq”.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, 2024-cü ilin prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması əslində bir çağırışdır: “COP 29-un gələn il ölkəmizdə keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu böyük tədbirə hazırlıqla bağlı təbii ki, dövlətin qarşısında böyük öhdəliklər var. Prezident İlham Əliyevin iştirakı ilə toplantı keçirildi. Təkliflərin hazırlanması ilə bağlı bütün dövlət qurumlarına, o cümlədən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də tapşırıqlar verildi. Və bu gün xoş xəbər də eşitdik, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu da bir çağırışdır. Növbəti ilimiz ekoloji baxımdan çox zəngin il olacaq. Həm COP 29 çərçivəsində ekologiya ilə bağlı, ətraf mühitlə bağlı müzakirə olunan məsəllərin mərkəzi olacaq. Bu da bizim qarşımıza mühüm vəzifələr qoyur”.