23 dekabr 2023 20:49
472

Beynəlxalq Muğam Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə konsert olub

İMEC (International Music Education Centre) Beynəlxalq Musiqi Tədris Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı baş tutub.

“İki sahil” xəbər verir ki, konsert proqramı iki hissədən ibarət olub. Birinci hissədə “Müzikl” tamaşası yer alıb. İkinci hissə isə Həmrəylik Günü və Yeni ilə həsr olunmuş multijanr konsert proqrami ilə davam edib.

Tədbirdə çıxış edən Beynəlxalq Musiqi Tədris Mərkəzinin təsisçisi və direktoru Cəmilə Əsgərova bildirib ki, müzikl janrı ölkəmizdə nadir hallarda səhnə üzü görür. Ona görə də musiqi məktəbi tərəfindən yeni bir müzikl yaradılması qərara alınıb və bu, Azərbaycanda ilkdir.

Müziklin librettosu Sankt Peterburqdan ölkəmizə dəvət olunan vokal müəllimi Olqa Georgiyevaya məxsusdur. Musiqisi Leyla Gərayzadəyə, aktyor ustalığı və quruluşçu rejissoru Ukraynadan gələn Leonid Kleca aiddir, səs mühəndisi isə Fuad Cəfərovdur.

Yaxın gələcəkdə bu tamaşa xarici ölkələrin səhnələrində nümayiş olunacaq. Buna görə də ingilis dilinə tərcümə edilib.

Musiqili gecənin ikinci hissəsi maraqlı nömrələrlə yadda qalıb. Gənc bəstəkar, respublika və beynəlxalq müsabiqələrin laureatı Nigar Kəngərli ilk dəfə “The East Dwell” əsərini səsləndirib. “Od Vampirlərinin Bakıda macərası” izləyənlərə xoş axşam yaşadıb.