Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə qarşıda diqqətli olmalarını bildirir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib