Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Bu barədə "İki sahil"ə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdir müavini Əliyev Coşqun Vidadi oğlu Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.
Qeyd edək ki, bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub. Buna səbəb onun 9-cu sinif şagirdini döyməkdə ittiham olunması idi.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib