Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində Bülbülün Memorial Muzeyində "Şuşadan İtaliyaya" adlı konsert proqramı ilə başlayıb.
“İki sahil” xəbər verir ki, konsertdə Bülbül Vokal Məktəbinin tələbələri tərəfindən dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Günün sonu Beynəlxalq Muğam Mərkəzində Azərbaycan bəstəkarlarının yeni vokal əsərlərindən (ilk dəfə) ibarət konsert böyük rəğbətlə qarşılanıb. Azər Dadaşov, Sərdar Fərəcov, Tural Məmmədli, Elvin Quliyev, Elnarə Dadaşova, Qumru İmamverdiyeva, Toğrul Salmanov, Tahir İbişovun yeni bəstələri Əməkdar artist Səidə Şərifəliyeva, gənc vokalçılar Şaban Cəfərov, İsmayıl Zeynalov, Səma Qəhrəmanova, Şaban Cəfərov, Qətibə Mehdiyeva, Səidə Şərifəliyeva, Atəş Qarayev, Mələk İsrafilovanın ifasında səsləndirilib.
Xalq artisti Samir Cəfərovun ifasında musiqisi Tural Məmmədliyə məxsus "Günəşim mənim" adlı əsər gurultulu alqışlarla qarşılanıb.
Sonda Əməkdar artist, Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının ideya müəllifi, bədii rəhbəri Ramil Qasımov çıxış edərək festival çərçivəsində bu gecənin ən əhəmiyyətli gecələrdən olduğunu vurğulayıb. O, bu layihənin yeni əsərlərin yaranmasına vüsət yaratdığını qeyd edib.
Xatırladaq ki, dekabrın 15-dən Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçirilir.