İşğaldan azad olunmuş ərazilərdə abidələr üzrə monitorinqin statistikası təqdim olunub.
“İki sahil” xəbər verir ki, məlumatı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Mədəni İrs" Forumunda panel müzakirədə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, Şuşada 200, Cəbrayılda 22, Füzulidə 51, Zəngilanda 15, Xocavənddə 46, Qubadlıda 35, Ağdamda 47, Tərtərdə 4, Laçında 10, Kəlbəcərdə isə 3 abidənin monitorinqi aparılıb: "Monitorinqlər fasiləsiz olaraq davam etdirilir"