Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı 6 000-dən çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı məlumat verib.
"Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur. 1 400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib", - o vurğulayıb.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib