17 dekabr 2023 22:34
355

Yaponiyalı xəttat: Azərbaycan-Yaponiya mədəni münasibətlərinin səviyyəsi bizi sevindirir

Azərbaycan və Yaponiya arasında mədəni münasibətlərin yüksək səviyyədə inkişaf etməsi bizi sevindirir. Bakıda keçirilən Yaponiya Mədəniyyət və Budo Festivalını yüksək qiymətləndirirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində yaponiyalı kalliqrafiya ustası Tasaka Kunio söyləyib.

Bakıda festivalda ilk dəfə iştirak etdiyini bildirən xəttat deyib: “Festivalda Yaponiyanın ənənələrini nümayiş etdirən maraqlı stendlərlə tanış olduq. Biz burada iştirakçılara öz adlarını yapon dilində yazmağı və bir sıra rəmzlərin çəkilmə qaydasını öyrətdik. Azərbaycanlıların Yaponiya mədəniyyətinə göstərdiyi maraq məni şad edir. Mən Azərbaycana ilk dəfə 5 il əvvəl gəlmişəm və o zamandan bu ölkəni çox bəyənmişdim. Buraya bir gün qayıdacağım haqqında özümə söz vermişdim. Bakı şəhəri çox təmiz və gözəldir. Köhnə binalarla yeni binaların vəhdəti göz oxşayır”.