Göygöl Milli Parkının ərazisində su hövzəsinə qızıl xallı farel növünə aid 1 500-dən çox balıq körpəsi buraxılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, Göygöl rayonu ərazisində ağacəkmə aksiyası keçirilib, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans proqramı çərçivəsində ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə və su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə növbəti ənənəvi aksiyalar təşkil olunub.
Aksiyalarda Milli Məclisin komitə sədrləri və deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqlar, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətləri rəsmiləri iştirak edib.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib