Populyar estrada müğənnisi Zamiq Hüseynov 2024-cü il fevralın 2-də Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.
“İki sahil” xəbər verir ki, Gənclər Gününə həsr olunacaq konsertdə populyar müğənni sevilən mahnılarını səsləndirəcək.
“Uçduq”, “Sən necə də gözəlsən”, “Retro”, “Bu şəhəri çox sevirəm”, “Karaoke” albomların müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla sevənlərinin qarşısında çıxış edəcək.