Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Babək rayon İcra Hakimiyyəti və Naxçıvan Televiziyası əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-Kəhf ziyarətgahına gedən yolun ətrafında növbəti dəfə ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, aksiya zamanı ərazidə iqlim şəraitinə uyğun 700 badam ağacı əkilib, yaşıllıq zolağı salınıb.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib