Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 2023-cü ildə aparılan elmi-tədqiqat işləri və alınan nəticələrə həsr olunmuş iclas keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə institutdan bildirilib. Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda il ərzində müəssisənin şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinə dair müzakirələr aparılıb.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyət, kadr hazırlığı, nəşr işləri, ezamiyyə və monitorinqlər haqqında məlumat veriblər. Həmçinin tədqiqat işləri və mövcud problemlərlə bağlı fikir mübadiləsi aparılıb.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib