Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələr yeni evlərinin açarlarını təhvil alıblar.
“İki sahil” xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Belə ki, 36 nəfər olmaqla 9 ailə Bakıda, 10 nəfər olmaqla 3 ailə Sumqayıtda, 16 nəfər olmaqla 4 ailə Abşeronda, 4 nəfər olmaqla 1 ailə Mingəçevirdə, 20 nəfər olmaqla 6 ailə Bərdədə, 4 nəfər olmaqla 1 ailə Lənkəranda, 2 nəfər olmaqla 1 ailə isə Ağcabədidə məskunlaşmış keçmiş məcburi köçkün ailəsinin yurd həsrəti sona çatıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, hüquq-mühafizə orqanlarının, kənd icra nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib