ADY orta məktəblərdə dəmiryolu xətlərindən düzgün istifadə və təhlükəsizlik qaydalarına dair maarifləndirmə görüşləri keçirir
Təhlükəsizlik ADY-nin dəyərlər sistemində ilk pillədə yer aldığından dəmiryolu xətlərinə yaxın yaşayış massivlərində və məktəblərdə yol-hərəkəti qaydalarından düzgün istifadə haqqında maarifləndirmə görüşləri keçirilir.

“İki sahil” xəbər verir ki, bu məqsədlə Sabunçu rayonu 67 saylı orta məktəbində növbəti görüş təşkil olunub. Məktəblilər dəmiryolu xətlərindən müəyyən olunmuş yer və keçidlərdən istifadə qaydalarına dair təqdimatları dinləyib, test tapşırıqları icra ediblər. Görüşdə nümayiş etdirilmiş video çarxlar şagirdlər tərəfindən maraqla qarşılanıb.
ADY 2024-cü ildə əhali, xüsusi ilə məktəblilərlə maarifləndirmə kampaniyalarının təşkilinə xüsusi önəm verəcək.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib