12 dekabr 2023 20:29
548

Rusiya MN Qarabağda sülhməramlının öldüyünü təsdiqləyib

Rusiya Müdafiə Nazirliyi Xankəndidə BTR-in aşması nəticəsində 1 hərbi qulluqçunun öldüyünü, ikisinin yaralandığını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya MN-in informasiya bülletenində bildirilib.

Qeyd edək ki, ötən gün qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçu həlak olub, iki nəfər yaralanıb. Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.