Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.
“İki sahil” xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib